AZ

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL 

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə 18 mart tarixində bu xətt üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edib.

ADY-dən Modern.az-a verilən məlumata görə, eyni zamanda, sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün Bakıdan və Ağstafadan səfər edə bilər.

Qeyd olunur ki, hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.

Seçilən
14
49
modern.az

10Mənbələr