Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,81 ABŞ dolları və ya 1,09% azalaraq 73,21 ABŞ dollarına enib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74,02 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.