AZ

Baş nazir bu şəxslərin maaşları ilə bağlı QƏRAR VERDİ

  Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, eləcə də Xarici Kəşfiyyat Xidmətinin bir sıra əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Sənədlərə görə, hər iki qurumun hərbi qulluqçularının, həmçinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarların icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Qərarlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


Seçilən
57
44
referans.az

10Mənbələr