Olaylar.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Dövlət Proqramında ümumilikdə 66 tədbirin icrası nəzərdə tutulmuşdur. Bu tədbirlər çərçivəsində 2025-2030-cu illər ərzində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yollarının, yol qovşaqlarının və ötürücülərinin tikintisi, avtomobil yollarının genişləndirilməsi və yenidənqurulması, 10 yeni metro stansiyasının tikintisi və mövcud stansiyaların yenidənqurulması, yeni vaqonların alınması və metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu nəqliyyatı üzrə mövcud şəhərətrafı xətlərin təkmilləşdirilməsi, yeni xətlərin bərpası, yeni sərnişin qatarlarının alınması, ümumi istifadədə olan avtomobil nəqliyyatı üzrə elektrik mühərrikli avtobusların alınması, piyada infrastrukturu və təhlükəsizliyi üzrə tədbirlərin icrası həyata keçiriləcəkdir.
İclasda Dövlət Proqramının Tədbirlər Planı üzrə göstərilən məsələlər üzrə tədbirlər və bu istiqamətdə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi vəziyyəti ilə bağlı müzakirələr aparılmışdır.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə qurumlararası əlaqələndirilmənin, tədbirlərin icrasının vaxtında yerinə yetirilməsi və nəzarətin təmin edilməsi üçün aparılacaq monitorinq və qiymətləndirmədə rəqəmsal tətbiqin təmin ediləcəyi barədə məlumat verildi.
İclasın yekununda İşçi qrup tərəfindən müzakirə edilən məsələlərə dair Dövlət Proqramı üzrə müəyyən edilmiş əsas və digər icraçı dövlət orqanlarına (qurumlarına) müvafiq tapşırıqlar verilmişdir.