
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, axşam bəzi yerlərdə arabir duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +7 dərəcədən +12 dərəcəyədək isti, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə +7 dərəcədən +12 dərəcəyədək , gündüz +24 dərəcədən +29 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +8 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.