AZ

Qəza törədən xanım sürücü xəsarət aldı

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

"Cebheinfo.az" Modrn.az-a istinadən  xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

"Cebheinfo.az" 

Seçilən
2
12
cebheinfo.az

10Mənbələr