AZ

Qadınlardan ibarət Azərbaycan millisi (U-17) Bolqarıstanla qarşılaşacaq

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Operativ Media xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstan yığması ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.

15 mart

Bolqarıstan (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)

Bayıl stadionu. Saat 16:00

Baş hakim: Mzevinari Sharashanidze (Gürcüstan)

Baş hakimin köməkçiləri: Sopo Tsulaia (Gürcüstan), Kristiana Moreyra Koşta (Portuqaliya)

Dördüncü hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Seçilən
8
3
operativmedia.az

10Mənbələr