Müğənni Nura Surinin sosial şəbəkədə restoranlarla bağlı paylaşımı diqqət çəkib.
Sənətçi restoran art direktorlarını dələduzluqda ittiham edib:
"Restoranların art direktorları, müğənniləri dəvət edənlər yeni bir dələduzluq növünə keçiblər.
Hər hansı bir müğənni ilə danışıb onun reklamını sosial media səhifələrində paylaşdırırlar. Amma çıxışdan bir gün əvvəl imtina edərək, müştərinin olmadığını bildirirlər, halbuki zal dolu olur. Bu hadisə bir neçə məşhur müğənnin başına gəlib. Diqqətli olun, behi əvvəldən alın". (Musavat.com)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta