Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirlyindən məlumat verilib.
Qeyd olunub ki, martın 16-sı saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.