1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Oxu.Az Teleqraf.az-a istinadən xəbər verir ki, bu vəzifə Elvin Məmmədova həvalə olunub.
Təyinat bu gün rəsmiləşəcək.
Qeyd edək ki, Elvin Məmmədov ötən gün istefaya göndərilmiş Cavid Hüseynovu əvəzləyib. E.Məmmədov 2024-cü il noyabrın 3-də Şahin Diniyev istefa verdikdən sonra da bir müddət "Səbail"də müvəqqəti baş məşqçi olub. Ötən il noyabrın 12-də isə Cavid Hüseynov bu vəzifəyə təyin edilib.