AZ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Bakı. Trend:

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqverilib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumatagörə, martın 18-23-də Bakıda və Abşeron yarımadasında, eyni zamandabəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı vənarıncı xəbərdarlıq verib.

Ağstafa, Tovuz, Gəncə, Göygöl, Qazax, Ceyrançöl, Şəmkir, Samux,Gədəbəy, Naxçıvan MR, Beyləqan, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam,İmişli, Salyan, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Astara,Masallı, Mingəçevir, Şirvan, Hacıqabul, Şamaxı, İsmayıllı, Oğuz,Qəbələ, Zaqatala, Balakən, Qax, Şabran, Qusar, Siyəzən, Xızı,Xaçmaz, Ağcabədi, Altıağac, Göyçay, Ağdaş, Yevlax, Tərtər vəBərdədə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraqküləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Cəlilabad, Lerik, Yardımlı, Neftçala, Daşkəsən, Şəki, Goranboy,Qobustan, Kəlbəcər, Laçın və Zəngilanda da şimal-qərb küləyiəsəcək, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4m/san təşkil edəcək.

Qeyd: Bakıda və Abşeron yarımadasında isə martın 19-dan 23-dəkfasilələrlə şimal-qərb küləyi əsəcək, narıncı xəbərdarlığa uyğunolaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Seçilən
1
49
az.trend.az

10Mənbələr