AZ

ABŞ husiləri dəniz quldurları sayır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Yəmənin şimalında hökmranlıq edən "Ənsar Allah" hərəkatını dəniz quldurları və Qırmızı dənizdə daimi təhlükə mənbəyi hesab edir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus "Fox Business" telekanalına müsahibəsində bildirib.
"Bunlar dünyanın hamımıza təsir göstərən hissəsinə nəzarət edən dəniz quldurlarıdır və bu bitəcək", - deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
Xatırladaq ki, martın 16-na keçən gecə ABŞ öz gəmilərini qorumaqdan ötrü husilərə qarşı genişmiqyaslı əməliyyata başlayıb: ABŞ ordusu Yəmən ərazisindəki hədəflərə silsilə zərbələr endirib.
Seçilən
28
13
oxu.az

10Mənbələr