AZ

ABŞ bu ərazini Rusiya torpağı kimi tanımağa hazırlaşır

Tramp administrasiyası Moskvanın Kiyevlə müharibəsinə son qoymaq üçün razılaşmanın bir hissəsi olaraq Krımı Rusiya ərazisi kimi tanımağı nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə “Semafor” mənbələrə istinadla məlumat yayıb.

İki mənbənin sözlərinə görə, Tramp administrasiyası rəsmiləri Birləşmiş Millətlər Təşkilatına da bu xahişlə müraciət edəcək. Belə bir xahiş Tramp administrasiyasını uzun müddətdir Krımı öz ölkəsinin ərazisi hesab edən Rusiya Prezidenti Vladimir Putinin mövqeyi ilə uzlaşdıracaq.

Ağ Ev məlumatı şərh etməkdən imtina edib.

Seçilən
141
29
axar.az

10Mənbələr