AZ

Daha bir dəhşətli təyyarə qəzası oldu: Həlak olanlar var

Hondurasın qərbindəki Roatan adasındakı aerodromdan havaya qalxan təyyarənin dənizə düşməsi nəticəsində azı 6 nəfər ölüb.

Lanhsa Hava Yollarına məxsus olan təyyarə Roatan adasındakı Xuan Manuel Qalvez hava limanından havaya qalxdıqdan az sonra dənizə düşüb. İlkin məlumatlara görə, təyyarədə azı 15 nəfər olub, onlardan 6-sı ölüb.

Təyyarənin La Seiba şəhərinə doğru hərəkət etdiyi bildirilir. Məlumata görə hadisə 33 sərnişin üçün nəzərdə tutulmuş "Jetstream 41" təyyarəsinin uçuş zamanı mexaniki nasazlıq keçirməsi nəticəsində baş verib.

Təyyarə uçuş-enmə zolağından təxminən bir kilometr aralıda dənizə düşüb. /lent.az


Telegram kanalımız
Seçilən
0
7
yenisabah.az

10Mənbələr