AZ

Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə SİA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.

Seçilən
27
34
sia.az

10Mənbələr