
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Reyting.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata görə, martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.