«Kəpəz» Premyer Liqada qalmaq yolunda daha bir addım atdı.
Premyer Liqanın 27-ci turunda «Qarabağ»ı Tovuzda qonaq edən gəncəlilər meydandan 1 xalla ayrıldı.
0:0 bitən matç «sarı-göylər»in turnir cədvəlinin son pilləsindəki «Səbail» ilə aradakı xal fərqini 5-ə çatdırdı.
Qeydə alınan nəticə klubun yeni rəhbərliyinin ürəyincə olub. Sponsor şirkət komanda üzvlərinə mükafat fondu ayırıb.
Futbolçuların hər birinə 1000 manat ödəmə edilməsi barədə göstəriş verilib.
SPORTİNFO.AZ