AZ

50 məhsuldar ötürmə verən ilk portuqaliyalı - Premyer Liqada

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes İngiltərə Premyer Liqası matçlarında 50 məhsuldar ötürmə verən ilk portuqaliyalı futbolçu olub.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsüm 30 effektiv hərəkət həddini keçib.

O, bütün turnirlərdə 44 matçda iştirak edib, 16 qol vurub, 15 məhsuldar ötürmə verib.

Fernandesin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
9
17
sportinfo.az

10Mənbələr