AZ

Gömrükdə terminal haqqı artırılıb, yeni bəyannamə tələb olunur - RƏSMİ MÜNASİBƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xarici ölkələrdən gətirilən və gömrük terminalına daxil olan avtomobillər üçün ödənilən terminal haqqı artırılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, terminal haqqı 200 manatdan 300 manata qaldırılıb.
Məlumatda qeyd olunub ki, terminal haqqının artması ilə yanaşı, yeni bəyannamə sənədi də tələb olunur. Yəni avtomobil ölkəyə gəlməmişdən əvvəl onun haqqında bəyannamə hazırlanıb gömrük orqanına təqdim olunmalıdır. Bu sənədin təxmini qiyməti isə 35 manatdır.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən bildirilib ki, terminalla bağlı məsələnin gömrük orqanına aidiyyəti yoxdur.
"Digər məsələyə gəlincə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində edilmiş 28 dekabr 2018-ci il tarixli dəyişikliyə əsasən, 1 fevral 2019-cu ildən mallar gömrük ərazisinə gətirilmədən əvvəl fiziki şəxslər (kommersiya məqsədləri ilə malları ölkəyə idxal edən fərdi sahibkarlar) tərəfindən gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir", - deyə məlumatda bildirilib.
Sənədin qiymətinə gəlincə isə qurumdan vurğulandı ki, qeyd edilən məbləğ qısa idxal bəyannaməsinə görə, gömrük məqsədləri üçün məlumatların gömrük orqanlarının informasiya sisteminə etibarlı, dayanıqlı və fasiləsiz təqdim edilməsi işinin təşkili üçün alınır və müvafiq təsdiqedici sənəd təqdim olunur.
Əzizə İsmayılova
Seçilən
41
2
oxu.az

10Mənbələr