"Qarabağ”ın sabiq hücumçusu Olavio Viera Juninyo Braziliya mətbuatına müsahibəsində həyatı və karyerası barədə bir sıra maraqlı məqamlara toxunub.
Sportinfo.az xəbər verir ki, hazırda “Flamenqo”da oynayan 28 yaşlı hücumçu “Globo” nəşrinə danışıb.
“Mən çox düzgün həyat sürən biriyəm. Həyatda nə edirsənsə, əvəzini alırsan.
Mən bu mövqeyə çatmaq üçün çox əziyyət çəkmişəm. Bu, köhnə hekayədir.
15 yaşında evdən çıxırsan, amma insanlar bunu görmək istəmir, sadəcə uğuru görmək istəyirlər.
Çəkdiyin əziyyəti bilmirlər. Mən burada olmağa layiqəm. Sosial şəbəkələrə fokuslanmıram, ailəmi və işimi düşünürəm”, – deyə futbolçubildirib.