AZ

Müasir dövrün dezinformasiya problemi: Aqil Ələsgər Vyanada Fransanın yalan xəbərlərindən DANIŞDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Media və informasiya mühitində dezinformasiya, müasir dövrün ən ciddi problemlərindən biridir. Dünyada sosial media və rəqəmsal platformaların geniş yayılması ilə yanaşı, yanlış məlumatların sürətlə yayılması da baş vermişdir. Bu çərçivədə, Fransanın Azərbaycana qarşı yönəlmiş dezinformasiya kampaniyaları xüsusilə diqqət çəkir".
Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" mövzusunda Avstriyanın paytaxtı Vyanada keçirilən konfrans çərçivəsində təşkil olunmuş "Media və informasiya mühitindəki çətinliklər, dezinformasiya" adlı panel müzakirələrində çıxışı zamanı deyib.
ATƏT-in "Münaqişə və humanitar böhranlar dövründə medianın rolu" adlı beynəlxalq konfransın "Media və informasiya mühitindəki çətinliklər, dezinformasiya" mövzusunda baş tutan səhər panelində çıxış edən A.Ələsgər bildirib ki, Ermənistandan gələn yalan məlumatlar müharibə və müharibədən sonrakı dövrdə Azərbaycanı çətin vəziyyətə salmaq üçün sistematik istifadə edilir:
"Bu yalanlar münaqişənin tənzimlənməsi prosesini pozmaqla yanaşı, bölgədəki həqiqətləri danaraq, regional stabilliyə risk yaradır. Nəticə olaraq, dezinformasiyaya qarşı mübarizə, yalnız informasiya mühitinin sağlam olması üçün deyil, həm də milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Azərbaycanla bağlı düzgün və etibarlı məlumat yayımını təmin etmək bu fenomenlə mübarizə sahəsində atılacaq ilk addım olmalıdır".
Seçilən
49
50
oxu.az

10Mənbələr