Bu gün Azərbaycan Basketbol Liqasının XIX turunda daha bir matç baş tutub.
"Unikal" xəbər verir ki, B qrupunda “Ordu” “Lənkəran”ı yenib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Quba"nı 112:103 hesabı ilə məğlub edib.