Azərbaycan Ordusunun mövqeləri yenə atəşə tutulub.
Senzor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, martın 18-i saat 16:40-dan 18:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.