Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldonun formada qalmasına kömək edən yemək məlum olub.
“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu “bacalhau-a-brush” adlı yemək yeyərək formasını qoruyur.
Bu, duzlu cod, soğan, nazik dilimlənmiş kartof və bişmiş yumurtadan ibarət ənənəvi Portuqaliya yeməyidir.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayında “Əl-Nəsr”ə keçib.
"Cebheinfo.az"