“Barselona”nın qapıçısı Voyçex Şesnının agenti Conatan Barnett futbolçu ilə Kataloniya klubu arasında mümkün yeni müqavilə imzalanması haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, tərəflər arasında müqavilənin yenidən imzalana biləcəyini söyləyib:
“Klubla yeni müqavilədə asanlıqla razılaşa bilərik. Şesnı “Barselona” ilə bağlı hər şeyi bəyənir, klub da ondan razıdır.
Hər şey çox sadə bir şəkildə həll olunacaq”.
34 yaşlı polşalı qolkiper 2024-cü ilin oktyabrından “Barselona”da çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyun ayının sonunda başa çatacaq.