AZ

Bakıda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
 
Paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
 
Araşdırmalar aparılır.
 
Seçilən
12
18
moderator.az

10Mənbələr