Polis əməkdaşları Bakıda silah-sursat aşkarlayıb.
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi və Yasamal rayonları ərazisindən 1 avtomat silahı, 1 tapança, 1 patron darağı və 4 ədəd patron tapılaraq götürülüb.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində üç nəfər şəhər sakini 3 avtomat silahı və 14 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
Araşdırmalar aparılır.