AZ

Xocalıda Novruz bayramı böyük sevinclə qeyd edilib

Xocalı şəhərində Novruz bayramı böyük sevinclə qeyd edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzində keçirilən mərasimdə çıxış edənlər xocalılıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildiriblər.

Bayram şənliyində tonqal qalanıb, xocalılılar tonqal ətraflnda rəqs ediblər. Bayram şənliyi Xocalı sakinlərində xoş ovqat yaradıb. Onlar uzun illərdən sonra baharın gəlişini öz doğma elində, evində keçirdiklərinə görə sevincli olduqlarını dilə gətiriblər.

Seçilən
8
18
hakimiyyet.az

10Mənbələr