DÇ-2026-ya vəsiqə qazanan ilk komanda bəlli olub.
Sportinfo.az xəbər verir ki, Yaponiya yığması seçmə mərhələnin bitməsinə 3 tur qalmış mundiala vəsiqəni təmin edib.
Hacime Moriyasunun rəhbərlik etdiyi kollektiv 7-ci turda evdə Bəhreynə 2:0 hesabı ilə qalib gəlib.
Yaponiya millisinin aktivində 7 turdan sonra 19 xal var. Onlar 2-ci yerdə gedən Avstraliyanı 9 xal qabaqlayır.