AZ

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

AzVision.az DİN-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir, axtarışda olduğuna görə, ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Nazirliyin məlumatına əsasən, ictimai asayiş keçikçiləri ötən gün həmçinin 18 avtomat, 3 tapança və 5 tüfəng aşkarlayaraq götürüblər. Eyni zamanda, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkarlanıb.


DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

AzVision.az
Seçilən
70
43
azvision.az

10Mənbələr