Azərbaycan millisi dünən yoldaşlıq görüşündə Belarusa məğlub olub.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) yığmamızın qapısından keçirib.
Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.
Komandamızın üzvləri belaruslulara məğlubiyyətdən sonra bir-birlərinin ardınca "aradan çıxıblar".
Media üçün nəzərdə tutulmuş zonanın önündə bir nəfər də ayaq saxlamayıb, sualları cavablandırmayıblar.
Hamısı sanki danışmaqdan utanırmış kimi özlərini göstərib - sakitcə paltardəyişmə otağının yolunu tutublar.
SPORTİNFO.AZ