Tanınmış türkiyəli mütəxəssis Abdullah Avcı Azərbaycanda çalışa bilər.
Referans xəbər verir ki, bu barədə Türkiyə mətbuatı növbəti dəfə məlumat yayıb.
Ötən ilin yayında “Trabzonspor”dan ayrıldıqdan sonra İngiltərədə məşqçilik təhsili alan 61 yaşlı mütəxəssisin bir neçə ölkədən təklif aldığı bildirilir.
Onlar arasında Azərbaycan da var. Konkret olaraq hansı komandanın maraq dairəsində olduğu yazılmasa da, Avcının bundan əvvəl də bir neçə dəfə ölkəmizdən təklif aldığı vurğulanır.