1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyəli keçmiş model Deniz Akkayanın 16 yaşlı qızı A.Ö. barəsində açılan məhkəmə işi başa çatıb. Məhkəmə A.Ö.-nü anasına qarşı zorakılıq tətbiq etdiyi və onun azadlığını məhdudlaşdırdığı üçün 2 il müddətinə həbs cəzasına məhkum edib. Lakin onun yaşı nəzərə alınaraq cəza 10 aya endirilib və hökmün icrası təxirə salınıb. A.Ö. 3 il müddətinə nəzarət altında saxlanılacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, Akkaya bununla bağlı sosial media vasitəsilə paylaşım edib.
O, baş verənlərdə qızının atasını günahlandırıb:
"Mən təvazökarlıq etməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin belə mənə göstərmədiyi qayğını, şəfqəti və maddi-mənəvi dəstəyi təkbaşına göstərərək bir uşaq böyütdüm. Üstəlik, bu alçaq adamın (qızının atası - red.) mənə tətbiq etdiyi psixoloji təzyiqlərə baxmayaraq! Bu gün dünyada yetkinlik dövrünü keçən gənclərin çətin bir proses yaşadığını hamımız görürük. Əgər bu proses mənim nəzarətimdə olsaydı, qızım bu cəzanı almazdı. Mən ondan xahiş etdim ki, qızımın bu cəzanı almasına imkan verməsin, bunun əvəzinə məndən üzr istəsin və hüquqi prosesi lazımi qaydada başa çatdırsın və qızımın xaricdə təhsil almasına icazə versin. Lakin bu vicdansız insan uşağın ali maraqlarını düşünmədən, mənə qarşı Obsessiv-kompulsiv pozuntu səbəbindən bu işi davam etdirdi. Nəticədə qızımız anasına zorakılıq tətbiq etdiyi və azadlığını məhdudlaşdırdığı üçün cəzalandırıldı".
Deniz Akkaya hakim və prokurorlara da öz minnətdarlığını bildirib.
"Bundan sonra hər kəs öz taleyini özü seçdiyi yolda yaşayacaq. Mən bir anayam, amma eyni zamanda qəlbi qırılmış, istismar olunmuş, bütün yaxşı niyyətləri tapdalanmış, bir daha necə etibar edəcəyini bilməyən bir qadınam. Ədalətin bu günlərdə sınağa çəkildiyi bir dövrdə, mənə qadınlıq şərəfimi geri qaytaran hakim və prokurorlara bir daha təşəkkür edirəm."
Xatırladaq ki, ötən ilin may ayında Deniz Akkaya ilə qızı A.Ö. arasında münaqişə yaşanmışdı. Akkaya qızının onu döydüyünü və eyvana kilidlədiyini iddia edirdi. Dövlət himayəsinə verilən A.Ö. isə ifadəsində anasının ona termosla vurduğunu bildirmişdi.

