Paytaxtın Yasamal rayonu Alatava ərazisində tikinti işi aparan şirkət sakinlər evdə ola-ola evin bir hissəsini dağıdıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Ərazidə tikintinin "Melissa Group" tərəfindən aparıldığı bildirilir.
Hadisənin detalları hələlik məlum deyil.
Əraziyə FHN xilasediciləri və təcili tibbi yardım personalı cəlb olunub.
Məsələ ilə bağlı "Melissa Group"dan Demokratikmusavat.com -a verilən açıqlamada hadisənin araşdırıdığı bildirilib:
"Məsələ aidiyyəti bölməyə bildirilib. Hazırda araşdırma gedir. Tərəfimizdən geri dönüş olunacaq"- şirkətdən deyilib.
Billurə