AZ

“Qarabağ” TRANSFER XƏBƏRİni təsdiq etdi: “Bundan sonra…”

Xəbər verdiyimiz kimi, Norveç “Molde”siklubu “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev açıqlama verib.

“Rəsmi təklif gəlib. Klubumuz tərəfindən onlara rəsmi cavab verilib.

Bundan sonra geridönüş olmayıb. Bu gün isə onlarda artıq “transfer pəncərəsi” bağlanır”,- o bildirib.

Nəriman bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Aylıq məvacibi 12 min manat olan hücumçunun “köhlən atlar”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Seçilən
47
9
sportinfo.az

10Mənbələr