AZ

“Qarabağ da Ermənistandır” deyən çempionun qoluna qandal vuruldu - VİDEO+FOTO

Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.

Sportinfo.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda “Qarabağ da, Krasnodar da Ermənistandır”, - deyib.

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.

Seçilən
70
4
sportinfo.az

10Mənbələr