AZ

“QARABAĞ”: O, ən azı bir həftə meydana çıxa bilməyəcək

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ən azı bir həftə meydana çıxa bilməyəcək.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın kiperi zədə səbəbindən Belarusla yoldaşlıq görüşünü (0:2) buraxıb.

O, ən azı bir həftə məşq edə bilməyəcək, sonra tam sağalması üçün nə qədər vaxt lazım olacağı məlum olacaq.

Şahruddin milli komandamızın martın 22-də Haitiyə (0:3) qarşı start heyətində meydana çıxmışdı.

Seçilən
57
17
sportinfo.az

10Mənbələr