AZ

Rusiyada "Diddi hadisəsi": Məşhur stilistin oğlu məhv olmuş uşaqlığına görə atasını məhkəməyə verir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur rusiyalı stilist, aktyor, şoumen, teleaparıcı və müğənni Sergey Zverevin oğlu kiçik Sergey Zverev atasını məhkəməyə verməyə hazırlaşır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, gənc oğlan uşaqlıq illərini məhv etdiyinə görə atasından 25 milyon rubl (500 min manatdan çox - red.) məbləğində təzminat əldə etmək niyyətindədir.
Kiçik Zverevin sözlərinə görə, gənc yaşlarında atası mütəmadi olaraq onu P.Diddi kimi tanınan ABŞ-li reper Şon Kombsun "ağ partiləri"nə bənzər böyüklər üçün ziyafətlərə aparırmış. Bu ziyafətlərdə, stilistin oğlunun sözlərinə görə, çılpaq adamlar olurmuş ki, bu da uşağın hələ formalaşmamış psixologiyasına ciddi zərbə vurub.
Ata və oğul arasındakı münasibətlər təxminən on il əvvəl kəskin şəkildə pisləşib. İddiaya görə, Sergey Zverev oğlunu şəxsi əşyalarını oğurlamaqda günahlandıraraq evdən qovub. Stilist ümidlərini doğrultmayan oğlunun davranışından məyus olub.
İndi 29 yaşlı kiçik Sergey Zverev çətin maliyyə vəziyyətindədir. O, dostları və tanışlarından kömək istəməyə, müxtəlif qəribə işlərdə pul qazanmağa məcbur olur.
Buna baxmayaraq, gənc oğlan məhkəmədə öz hüquqlarını müdafiə etmək və uşaqlıqda ona dəyən mənəvi ziyana görə atasından təzminat almaqda qəti şəkildə qərarlıdır.
Seçilən
123
50
oxu.az

10Mənbələr