AZ

Bayram həftəsində təcili yardıma 30 min müraciət



20-26 mart tarixində təcili tibbi yardım xidmətinə 30 minə yaxın müraciət daxil olub

"Medicina" xəbər verir ki, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində
Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 20.03.2025 - 26.03.2025-ci il tarixlərində 14 370 çağırış daxil olub. Bu çağırışlardan 1 284 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

58 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 15 598 çağırış daxil olub. 1 597 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Daha çox 21 və 22 mart tarixlərində müraciət qeydə alınıb.

Belə ki, 21.03.2025-ci il tarixində müraciət sayı 2 159, hospitalizasiya olunanların sayı 191, 22.03.2025-ci il tarixində müraciət sayı 2 134, hospital olunanların sayı 199 təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub. Меньше

Seçilən
80
49
medicina.az

10Mənbələr