AZ

“O qədər yorğun idim ki, hətta təpik də vura bilmirdim”

“Barselona”nın hücumçusu Robert Levandovski son oyunlarda fiziki cəhətdən yorğun olduğunu etiraf edib.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı forvard indi özünü daha yaxşı hiss etdiyini söyləyib:

“Son matçlarda o qədər yorğun idim ki, hətta sağ ayağımla təpik də vura bilmirdim. İndi özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, bu enerjimi qoruyub saxlayacam”.

36 yaşlı Levandovski bu mövsüm bütün yarışlarda 40 matçda iştirak edib, 35 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası bu gün təxirə salınmış oyunda “Osasuna”nı qəbul edəcək.

Seçilən
54
1
sportinfo.az

10Mənbələr