AZ

Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması baş verəcək.

Gundem.az xəbər verir ki, bu barədə "Unikal"a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Seçilən
89
49
gundem.az

10Mənbələr