Millinin və “Qarabağ”ın müdafiəçisi Toral Bayramov və həyat yoldaşı Nəzrin Bayramova hamiləlik fotosessiyası etdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə N.Bayramova instaqram hesabında paylaşım edib.
O, paylaşıma bu sözləri yazıb: “Tezliklə 4 nəfərin şəkli olacaq”.
Cütlüyün Havin adlı bir qızı var. Onlar ikinci övladının yolunu gözləyir.