"Neftçi" Premyer Liqanın 28-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan”la matçın hazırlığı yekunlaşıb.
Sportinfo.az xəbər verir ki, "ağ-qaralar" “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Emin Mahmudov və Andrey Ştoqrin zədə səbəbindən naxçıvanlılarla görüşü buraxacaqlar.
Martın 29-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Araz-Naxçıvan” oyunu saat 16:45-də başlanacaq.