Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi “Boluspor” 31-cu tur çərçivəsində öz meydanında “Bandırmaspor”la qarşılaşıb.
90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.
Vüsal da bu görüşün iştirakçısı olub. O, matça ehtiyat oyunçular skamyasından başlayıb və 71-ci dəqiqədə Ali Ulgenin əvəzinə meydana çıxıb.
“Boluspor” 45 xalla 8-ci yerdədir. 51 xala malik “Bandırmaspor” isə 5-cidir.