ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) ABŞ Sülh İnstitutunun baş qərargahında kütləvi ixtisar həyata keçirib.
Publika.az xəbər veror ki, bu barədə Washington Post (WP) öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 200-300 işçi ixtisar barədə bildiriş alıb. Bəzilərinə işdən çıxarılmalarına etiraz etməmək müqabilində işdən çıxma müavinəti və ya uzadılmış tibbi sığorta təklif edilib. Ümumilikdə institutda 600-ə yaxın işçi çalışır və filialları Ukraynada, Filippində və Saharadan cənubda Afrikada fəaliyyət göstərir.
“Bu qərar institutun münaqişələrin qarşısının alınması üzrə missiyasını təhlükə altına qoyur”, - adının açıqlanmasını istəməyən bir işçi bildirib.