1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İndoneziya sahillərində zəlzələ qeydə alınıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin gücü 5.1 bal olub.
Təbii fəlakətin episentri təxminən 250 min əhalisi olan Banda-Açeh şəhərindən 12 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 10 km dərinlikdə qeydə alınıb.
Hazırda zərərçəkmişlər və mümkün dağıntılar barədə heç bir məlumat yoxdur. Yerli hakimiyyət orqanları əhaliyə sunami təhlükəsi barədə xəbərdarlıq etməyiblər.