Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 18-ə çatıb, 76 nəfər isə hələ də axtarılır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, itkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin binasının tikintisində işləyənlərdir. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub. Şəhər rəsmiləri bazar günü dağıntılar altında “həyat əlamətlərinin” tapıldığını bildiriblər.
Tailand hökuməti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon baht (5,8 milyon dollar) fond təsdiqləyib.