Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Qeyd edilib ki, mülayim şimal-qərb küləyi gündüz cənub-şərqküləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz+20 dərəcədən +25 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 758 mm civəsütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli azyağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +7 dərəcədən +12 dərəcəyədək, gündüz +22dərəcədən +27 dərəcəyədək, dağlarda gecə +3 dərəcədən +8dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.