AZ

Almaniya Prezidenti Ermənistana gəlib -FOTO

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender regional səfər çərçivəsində dünən axşam saatlarında Ermənistana gəliblər.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onları Zvartnots hava limanında Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan qarşılayıb.

 

Ştaynmayerin Ermənistanda ER prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşünün planlaşdırıldığı bildirilib.

 

Hələlik isə Almaniya Prezidenti İrəvandakı "Tsitsernakaberd" Memorial Kompleksinə  baş çəkib və orada erməni soyqırımı qurbanlarının xatirəsini yad edib. O, soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq kompleksinin önünə əklil,  Əbədi məşəl önünə gül dəstələri qoyub. 

Qeyd edək ki, bir müddət əvvəl Almaniya Prezidentinin Mətbuat xidməti Frank-Valter Ştaynmayerin 30 mart - 2 aprel tarixlərində Ermənistan və Azərbaycana səfər edəcəyi ilə bağlı məlumat yayıb.

 

Seçilən
77
26
senzor.az

10Mənbələr