AZ

Le Pen həbsindən danışdı

Fransanın ifrat sağçı "Milli birlik" partiyasının rəhbəri Marin Le Pen barəsində çıxarılmış həbs qərarından danışıb. 

"Unikal" xəbər verir ki, o, məhkəmənin ona qarşı çıxarılmış qərarını siyasi adlandırıb:

“Məhkəmə sədri əsassız olaraq prezident seçkilərində öndə gedən namizədi mühakimə etdi. Məni uzaqlaşdırdılar, həm də milyonlarla fransızın səslərindən məhrum etdilər”, - deyə Le Pen bildirib. O, həmçinin "mümkün qədər tez" qərardan şikayət verəcəyini təsdiqləyib.

Xatırladaq ki, Fransanın sağçı “Milli birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen dörd il müddətinə azadlıqdan məhrum edilib. 

O, iki il şərti azadlıqda olacaq, iki il isə elektron qolbaqla gəzəcək.

Seçilən
15
10
unikal.az

10Mənbələr